Azərbaycanda yeni qanun hazırlanır DETALLAR

18.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi haqqında yeni qanun layihəsi hazırlanıb.

bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli məlumat verib.

Nazir müavini qeyd edib ki, "Dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib. 

O əlavə edilib ki, dövlətə məxsus 21 müəssisə və obyekt artıq özəlləşdirilib:

"Qalan müəssisə və obyektlərin özəlləşdirilməsi, investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью