Azərbaycanda yeni rüsumlar müəyyənləşdi Yeni Çağ Media

07.01.2025

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aşağıdakı rüsumlar müəyyənləşib:

– Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;

– Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;

– Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 100 manat;

– Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə – 50 manat;

– Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə – 100 manat.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью