Azərbaycanda yeni seçiləcək bələdiyyə üzvlərinin sayı AÇIQLANDI

02.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub. 
Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayımlanıb. 
MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. 
Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью