Azərbaycanda yeni telekanal açıldı

04.11.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda daha bir televiziya kanalı fəaliyyətə başlayır. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda telejurnalist Rüfət Həmzəyev sosial şəbəkə hesabında məlumat yayıb:

“Noyabrın 4-dən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır. Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq”.

Qeyd edək ki, R. Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью