Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDVdən azad edilib

24.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında" qanununda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.

Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью