Azərbaycanda yol qəzası: Ölən var

17.11.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadla bildirir ki, rayonun Yenikənd kəndində 1985-ci il təvəllüdlü Anar Fətulla oğlu Teymurovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью