Azərbaycanda yüksək vəzifəyə təyinat

20.11.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müavin təyin edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-ya Agentlikdən məlumat verilib.

İlham Bayramov 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur. O, 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursları”nı bitirib. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsini fərqlənmə ilə başa vurub.

2005-ci ildə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində şöbə rəisi, 2006-cı ilin yanvar ayında Xidmətin rəis müavini vəzifəsinə təyin edilib və 2009-cu ilin may ayına qədər həmin vəzifədə çalışıb.

2009-2013-cü illərdə “Caspel” MMC-nin idarə heyətinin sədr müavini qismində fəaliyyətini davam etdirib.

2013-2014-cü illərdə “Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları departamentinin rəisi vəzifəsində çalışıb.

2014-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri, nazirin müşaviri işləyib.

2018-2021-ci illərdə Azərbaycan Sənaye Korporasiyası ASC-də İstehsal və Əməliyyatlar departamentinin direktoru vəzifələrində çalışıb.

2021-ci ilin 10 dekabr tarixindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirib.

Qeyd edək ki, İlham Bayramov 10 avqust 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub.

Evlidir, 3 övladı var.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью