Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

04.11.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatına yeni rəhbər təyin edilib.

Modern.az xəbər verir ki, muxtar respublikanın mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Kamandar Asəf oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Kamandar Ələkbərov bu təyinatadək Nazirliyin Aparatının Kadr və ümumi işlər sektorunun müdiri vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью