Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyada çoxsaylı yuxu laboratoriyaları fəaliyyət göstərir və müxtəlif məqsədlərə xidmət edirlər.
Bu laboratoriyalar, yuxu pozuntuları, fiziologiyası, xəstəlikləri, və insan sağlamlığına təsiri ilə bağlı geniş tədqiqatlar aparır.Azərbaycanda ilk Yuxu laboratoriyası Mərkəzi Klinikada 2010-cu ildə yaradılıb.
Növbəti Yuxu laboratoriyası və İnsult mərkəzi isə Respublika Klinik Xəstəxananın nəzdində yaradılacaq.
Adətən belə labaratoriyalarda yaradılmış xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq edilir.
Monitorinqə beyin potensialları, qanda oksigen təminatı, tənəffüs sanksiyası, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s.
kimi təhlillər daxildir.Bəs, Yuxu labaratoriyasının özəlliyi nə olacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan nevropotoloq Qalib Əsədov bildirib ki, yuxu pozuntularının diaqnozunu qoymaq, yuxu atma sindromunu aşkar etmək və onun qarşısını almaq üçün çox vacibdir:“Bəzən arterial təzyiq, başağrı, insult və digər problemlərin kökünü məhz Yuxu labaratoriyası olmadığına görə tapmaq mümkün olmur.