Azərbaycanda yüzlərlə dini abidə dövlət mühafizəsindədir

17.09.2026

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkənin müxtəlif bölgələrində İslamaqədərki xristianlıq dövrünə və İslam dövrünə aid dini-tarixi və mədəni abidələr mövcuddur.

Doğru.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” adlı konfrans çərçivəsində keçirilən panel müzakirədə deyib.

Nazir müavini bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində 423 məscid, 213 türbə, 163 qəbiristanlıq və 222 kilsə dövlət mühafizəsinə götürülüb.

Səadət Yusifovanın sözlərinə görə, bu proses hazırda da davam edir. Ötən il Bakı şəhərində üç məscid və bir kilsə, işğaldan azad olunmuş ərazilərdə isə dörd məscid, yeddi türbə, dörd monastır və 13 məbəd dövlət qeydiyyatına alınıb.

O qeyd edib ki, bu rəqəmlər Azərbaycanın dini irsinin miqyasını və onun qorunmasının dövlət siyasətindəki əhəmiyyətini göstərir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью