Azərbaycanda zavodda FACİƏ: qurğuya düşən usta CAN VERDİ

03.12.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Ağcabədi rayonunda usta zavodda faciəli şəkildə ölüb.

Hadisə rayonun Hüsülü kəndində yerləşən pambıq zavodunda baş verib.

Zavodda çilingər işləyən 47 yaşlı Rasif Tahir oğlu Quliyevin ayağı pambıq təmizləyən aparata düşüb. Nəticədə usta ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır. /Lent.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью