Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı

27.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью