Azərbaycanda zəhərlənənlər artır

01.12.2025

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.



2025-ci ilin noyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

Medicina.az xəbər verir ki, KTM-nin məlumatına görə, müalicə tədbirləri nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30-u sirkə turşusundan, 3-ü spirtli içkilərdən, 2-si (həlledici və yandırıcı) məhlullardan, 2 nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından zəhərlənib. Bütün pasiyentlər intensiv terapiya və detoksikasiyadan müalicə olunub.

3 nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə olub.

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью