Icma.az bildirir, Tribuna saytına əsaslanaraq. Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.