Azərbaycanda zəlzələ oldu

27.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Oxu.Az-a verilən məlumata görə, yerli vaxtla saat 17:07-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.3-ə bərabər olub.

Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью