Azərbaycanda zəlzələ olub

23.11.2024

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Moderator.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью