Azərbaycanda zəlzələ olub

23.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью