Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az AZSTAND-a istinadən xəbər verir ki, yeni standartların qəbul edilməsində əsas məqsəd gümüşdən və platindən hazırlanan məhsulların kimyəvi tərkibinin və saflıq dərəcəsinin müəyyən edilməsi və markalanmasında vahid yanaşmanı təmin etməkdir.
Onlar Agentliyin tabeliyində olan "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin bazasında fəaliyyət göstərən "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.