Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Biz Lənkəran çayımızla öyünsək də Azərbaycanda çay istehlakı əsasən idxal hesabına ödənilir.
Lent.az-ın əməkdaşı bu istiqamətdə geniş araşdırma aparıb. Məlum olur ki, son illər idxal kəskin şəkildə artıb.
Məsələn, təkcə 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 12,893 ton çay idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrünə görə həcm baxımından 3.3% çoxdur.
İdxalın artması daxili tələbatın yüksəlməsi və yerli istehsalın çatışmazlığı ilə əlaqələndirilir.
Əsas təchizatçı ölkələr: Azərbaycan çayını əsasən xaricdən – xüsusilə ənənəvi “çay ölkələri”ndən alır.
Rəsmi məlumatlara görə, Azərbaycana idxal olunan çayın təxminən 80%-i Şri-Lankadan gəlir.
Çayın idxalında ikinci yeri Rusiya tutur (təxminən 9.1% payla), üçüncü yerdə isə Hindistan gəlir.