Azərbaycandakı bütün QHT lərə yeni tələb 30 gün vaxt verildi

27.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin plenar iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki,  yeni tələblərə əsasən, Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lər, eləcə də xarici QHT-lərin filial və nümayəndəlikləri yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar.

Qanun layihəsinə görə, QHT-lərin növləri dəqiq müəyyənləşdirilir və onlar yalnız bir növdə yaradıla bilərlər. Eyni zamanda, təşkilatların nizamnamələrində əmlak və vəsaitlərin nizamnamə məqsədlərinə uyğun istifadəsinə daxili nəzarət qaydası, bu nəzarəti həyata keçirən orqanın formalaşdırılması və səlahiyyətləri əksini tapmalıdır. Sənəddə həmçinin terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə vəsaitlərin alınması, toplanılması, verilməsi və ya köçürülməsi zamanı risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurların icrasına nəzarət üzrə səlahiyyət bölgüsünün müəyyən edilməsi tələb olunur. İnternet mağaza

Sənəddə nəzərdə tutulan keçid müddəalarına əsasən, qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış yerli QHT-lər 30 gün müddətində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Bundan əlavə, müvafiq sazişi olmayan və ya sazişinin müddəti bitmiş xarici QHT-lərin filial və nümayəndəlikləri də 30 gün ərzində sazişin bağlanması və ya müddətinin uzadılması ilə bağlı tədbirlər görərək yenidən qeydiyyat üçün müraciət etməlidirlər.

Müəyyən edilmiş müddətdə yenidən dövlət qeydiyyatı üçün müraciət etməyən və ya qeydiyyatdan imtina edilən yerli QHT-lərin, eləcə də xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul ediləcək və onların ləğvi üçün məhkəməyə müraciət olunacaq.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью