Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümummilli Liderin məzarını ziyarət ediblər AZƏRTAC

12.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, din xadimləri Ulu Öndərin əziz xatirəsini anaraq, Dahi Şəxsiyyətin ruhuna dualar oxuyub, məzarı üzərinə güllər düzüblər.

Ziyarət zamanı, həmçinin Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üstünə tər çiçəklər qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью