Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Rusiyanın U-15 milli komandası Azərbaycanda təşkil olunacaq FIFA Dünya Çempionatı və U-15 Festivalında iştirak edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFİ) rəsmi “Telegram” kanalı məlumat yayıb. Rusiya yığması 2022-ci ildən bəri ilk dəfə FIFA çətiri altında keçirilən rəsmi turnirdə öz dövlət bayrağı və himni ilə mübarizə aparacaq.
RFİ-nin məlumatına görə, komanda ilkin mərhələdə Əfqanıstan, Cibuti, Syerra-Leone, Sudan və Türkiyə ilə eyni qrupda qərarlaşıb. Qrup oyunlarından sonra Rusiya seçməsi digər qruplarda analoji pillələri tutacaq rəqiblərlə daha 5 qarşılaşma keçirəcək.
Ümumilikdə 191 milli komandanın qatılacağı genişmiqyaslı festival oktyabrın 22-dən 31-dək Azərbaycanda təşkil olunacaq. Yarışın matçları 8×8 formatında keçiriləcək və 20 dəqiqəlik iki hissədən ibarət olacaq.