Azərbaycandakı internet trafikində botların payı 3 dəfə azalıb

03.07.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Bu ilin iyun ayında Azərbaycandakı internet trafikinin 91,15 %-i insanların payına düşüb.

 "Statcounter" agentliyinin son hesabatına görə, bu, may ayına nisbətən 0,99 faiz bəndi azdır.

Hesabat dövründə botların bazar payı aylıq ifadədə 13 % artaraq 8,85 % təşkil edib. Son iki ayda isə botların payı ümumilikdə 3 dəfə azalıb.

İyunda qlobal internet trafikinin 76,93 %-i insanların, 23,07 %-i isə botların payına düşüb.

report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью