Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı kredit ittifaqları 2026-cı ilin 9 ayını (yanvar-sentyabr) 1,5 milyon manat xalis zərərlə başa vurub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2025-ci ilin eyni dövrünü isə 0,1 milyon manat xalis mənfəətlə başa vurmuşdu.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 10,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7% azdır.
Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 7,4% azalaraq 2,5 milyon manata, balans kapitalı isə 20,4% azalaraq 8,2 milyon manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!