Azərbaycandakı kredit ittifaqlarının zərəri azalıb

28.04.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-mart aylarını 0,2 milyon manat zərərlə başa vurub. Bu isə illik müqayisədə 77,5% azdır.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2024-cü ilin eyni dövrünü də zərərlə (0,8 milyon manat) başa vurmuşdu.

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0.8% azdır.

Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20,5% azalaraq 2,7 milyon manata, balans kapitalı isə 6,5% artararaq 9,8 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью