Azərbaycandakı texnoparkların rezidentlərinin sayı açıqlanıb

13.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycandakı texnoparkların 111 rezidenti var.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun builki fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.

"Texnoparklarda innovativ layihələrə imtiyazlar təqdim edilir. İnfrastruktur əlçatanlığı çərçivəsində gördüyümüz işlərdən biri bu il açılan "Azərbaycan İnnovasiya Mərkəzi"dir. Burada bu günə qədər 33 tədbir keçirilib və 1,5 mindən çox şəxs bu tədbirlərdə iştirak edib", - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью