Azərbaycandakı Türk Şəhidliklərinin bayraqları dəyişdirilir

09.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) prezidenti Serkan Kayalar Şamaxı və Gəncədə olub.

Bakıvaxtı.az xəbər verir ki, Serkan Kayalar səfər çərçivəsində Şamaxı Türk Şəhidliyini ziyarət edib, Türkiyə və Azərbaycan bayraqlarını yeniləyib

Layihə çərçivəsində Şəkinin Verezet kəndindəki Tək Şəhid Qəbiristanlığında TİKA-nın Bakı ofisi və Türkiyə Məzunu gəncləri tərəfindən bayraqlar dəyişdirilib.

Türkiyənin Məzun İş Adamları və Aydınlar Platformasının üzvləri tərəfindən Azərbaycanın digər bölgələrindəki türk şəhid məzarlıqlarında bayraqların dəyişdirilməsi davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью