Azərbaycandakı valyuta hərraclarındakı satış 33 % azalıb

27.02.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 863,9 milyon ABŞ dolları məbləğində satış olub.

"Cebheinfo.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 % azdır.

Təkcə bu ay isə valyuta satışının məbləği 365,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 58,1 % azdır.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью