Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu il aprelin 15-16-da Azərbaycanda qeydə alınmış kəskin yağışlı hava şəraitində 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Sığortaçılar Assosasiyası" İctimai Birliyindən bildirilir.
Məlumata görə, sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib.
Yerli sığorta bazarı iştirakçılarından alınan və bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub.
Bu müraciətlərin 512-si "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 157-si "Daşınmaz əmlakın icbari sığortası" növü, 77-si "Kasko" sığorta növü, 21-i "Əmlakın yanğından və digər risklərdən sığortası" növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub.
Bundan əlavə "Fərdi qəza sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərinin hər biri üzrə isə 1 hadisə qeydə alınıb.
294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat müəyyən olunub.