“Azərbaycandakı Zəfər paradından sonra bu, Ermənistanda da aktuallaşıb”

12.11.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı hərbi paradın keçirilməsi məsələsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, Paşinyan məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyib.

Onun sözlərinə görə, erməni ictimaiyyətində bəziləri paradda ehtiyac olduğunu düşünsə də, bəziləri bunun əleyhinədir:

“Bəli, Azərbaycanda keçirilən Zəfər paradından sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin, eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir”.

Baş nazir əlavə edib ki, əgər paradın keçirilməsi barədə qərar qəbul olunsa, tədbir çox təsirli ola bilər. O, həmçinin əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin böyük olduğunu, bir çox qrupların artıq paradla bağlı müraciət etdiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью