Azərbaycandakı zəlzələ Ermənistanı da SİLKƏLƏDİ | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 23-də İrəvan vaxtı ilə saat 12:10-da Azərbaycan-Ermənistan-İran sərhədi zonasında 10 km dərinlikdə, maqnitudası 4,4 olan zəlzələ baş verib.Modern.az xəbər verir ki, bu barədə Ermənistan Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Əzizyan bildirib.
Yeraltı təkanlar Sünik bölgəsində (Zəngəzur) hiss olunub.Gorus şəhərinin sakinləri mətbuata yeraltı təkanların kifayət qədər hiss olduğunu bildiriblər.Azərbaycan Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb.
Bildirilib ki, Azərbaycan ərazisində 4.5 maqnitudalı yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu