Azərbaycandakı zəlzələ Ermənistanı da silkələdi

12.06.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki şəhərindən 52 kilometr cənub-şərqdə 5,1 maqnitudalı zəlzələ Ermənistanda da hiss olunub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, yeraltı təkanlar Ermənistanın Tavuş, Geğarkunik və Sünik vilayətlərində də hiss olunub.

Həmin ərazilərdə zəlzələnin gücü 3-4 bal səviyyəsində qeydə alınıb.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью