Azərbaycandan 11 ayda 22.9 mlrd. kubmetr qaz ixrac olunub

11.12.2024

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin 11 ayında neft-kondensat hasilatı 26,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 22,2 mln. ton olub.

“APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mlrd.m3 artımla 45,8 mlrd.m3 qaz hasil edilib. 22,9 mlrd.m3 qaz isə ixrac olunub” - deyə paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью