Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 172,3 milyon ABŞ dolları dəyərində tomat ixrac edilib.
XQ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 9,6 faiz artıb.
Cari ilin ilk 9 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,72 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,59 faizə bərabər olub.