Azərbaycandan 6 ayda 3,8 milyon dollarlıq çay ixrac edilib

03.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin yanvar-iyun aylarında ölkədən 3,8 milyon ABŞ dolları dəyərində 437 tondan çox çay ixrac edilib.

Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 19,35 faiz, həcmi isə 23,74 faiz artıb.

İlin birinci yarısında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,07 faizə bərabər olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью