Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ilk 6 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9.757 qərar qəbul edilib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.
O bildirib ki, bu qərarlar əsasən, Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilmiş, elektron informasiya sistemləri vasitəsilə müəyyən olunan və sonradan hüquqi statusu tənzimlənən şəxslərlə bağlıdır:
“Eyni zamanda, 800-ə yaxın əcnəbi barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma yəni, deportasiya qərarı qəbul olunub. Deportasiya barədə qərarlar eyni müddət üçün tətbiq edilmir.
Şəxsin törətdiyi pozuntunun xarakterindən və ağırlığından asılı olaraq Azərbaycana giriş qadağası bir il, iki il, beş il və ya qanunvericilikdə nəzərdə tutulan digər müddətlər üçün müəyyən edilə bilər”.
O qeyd edib ki, qanunsuz miqrasiyanın təşkili və digər miqrasiya yönümlü qanunsuz əməllərlə bağlı daha 4 fakt aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib:
"Bu hallar əsasən şəxslərin üçüncü ölkələrə qanunsuz keçirilməsi məqsədilə Azərbaycana gətirilməsi, aldadılaraq müxtəlif vədlərlə ölkəyə dəvət olunması, maddi maraq müqabilində qanunsuz miqrasiya sxemlərinə cəlb edilməsi və nəticədə onların qanunsuz vəziyyətə düşməsinə şərait yaradılması ilə bağlı olub.
Bu əməllərdə cinayət tərkibi əlamətləri olduğundan, hüquqi qiymət verilməsi üçün materiallar aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edilib”.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin