Azərbaycandan Almaniyaya etiraz KONKRET

07.10.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Almaniyanın “Der Şpigel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib.

Qeyd edək ki, Almaniyanın “Der Şpigel” nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninqlə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, Avqust Hanninq 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.

Əlavə edək ki, Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью