Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
2025-ci ildə Azərbaycandan Almaniyaya 502 milyon dollar dəyərində bitumlu süxurlardan əldə edilmiş 956,7 min ton xam neft və neft məhsulları ixrac olunub.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 224 milyon dollar və ya 30,9 faiz, həcm baxımından isə 208,3 min ton və ya 17,9 faiz azdır.
Belə ki, 2024-cü ildə Azərbaycandan Almaniyaya 726 milyon ABŞ dolları dəyərində 1,165 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Hesabat dövrü ərzində Almaniya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələrin sırasında 5-ci yer tutub.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.