Azərbaycandan BƏƏ yə pul köçürmələri 44% dək artıb

10.04.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 20 milyon 738 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü illə müqayisədə 6 milyon 320 min dollar və ya 43,8% çoxdur. 2024-cü ildə bu məbləğ 14 milyon 418 min dollara bərabər olub. 

Qeyd edək ki, ötən il Azərbaycandan BƏƏ-yə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,1% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью