Azərbaycandan Boliviya klubuna getdi

18.08.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycandan Boliviya klubuna getdi

"Turan Tovuz"un və "Kəpəz"in sabiq futbolçusu Luis Paçunun yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, o, "Strongest" klubuna keçib. Bu haqda Boliviya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

O, 2023-2024-cü illərdə "Turan Tovuz"da, 2024-2026-cı illərdə isə "Kəpəz"də oynayıb.Ötən mövsüm Paçu 27 matçda 5 qol vurub və 4 qol ötürməsi verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью