Azərbaycandan Britaniyaya neft ixracının həcmi açıqlanıb

26.01.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 336 milyon 954,56 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2024-cü illə müqayisədə 1,7%, dəyəri isə 14,9% azdır. Britaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,77% olub.
2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları olan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью