Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın xarici bazarlara çay satışı cari ilin ilk yeddi ayında gözəçarpan artımla diqqət çəkib. Yanvar-iyul aylarında ölkədən 4,7 milyon dollar dəyərində 531,33 ton çay göndərilib.
Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 19,5 faiz, həcm baxımından 23,3 faiz çoxdur.
Xaricdən çay alışı da yüksələn xətlə davam edib. Hesabat dövründə ölkəyə 48,7 milyon dollar dəyərində 8 124,63 ton çay gətirilib. İdxal ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 faiz, həcm ifadəsində 3,4 faiz artıb.
Daxili istehsalda isə cüzi azalma qeydə alınıb. İlk yeddı ayda ölkədə 6 537 ton çay emal edilib. Bu nəticə ötən ilin müvafiq göstəricisindən 1,9 faiz aşağıdır. Avqustun 1-nə olan məlumata görə, sənaye müəssisələrinin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı qalıb.
Qiymət göstəricilərinə gəlincə, ilin ilk 7 ayında çayın 1 kiloqramının orta ixrac dəyəri 8,8 manat, orta idxal qiyməti 6 manat olub.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 19,5 faiz, həcm baxımından 23,3 faiz çoxdur.