Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

22.10.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

“Bütün bunlar TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq”, - baş nazir vurğulayıb.

Nikol Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir.

“Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik”, - Ermənistan rəhbəri əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью