Azərbaycandan Ermənistana buğda gətirilməsinə Sərkisyandan reaksiya

05.11.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan məhkəməyə çağırılıb. 

Globalinfo.az xəbər verir ki, bu hadisə qəfildən baş tutub və iclas qapalı keçirilib.

Məhkəməyə girməzdən əvvəl Sərkisyan hakimiyyətin Qazaxıstan və Rusiya buğdasının Azərbaycanın ərazisi vasitəsilə Ermənistana gətirilməsinə dair mövqeyini açıqlayıb.

“Bu prosesin AzərbaycanErmənistan arasında sülhün əldə edilməsində heç bir rolu olmayacaq. Mən sülhü görmürəm”, – o, jurnalistlərin sualını “özünəməxsus” şəkildə cavablayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью