Azərbaycandan Estoniyada 200 tələbə təhsil alır

27.11.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycandan Estoniyada 200 tələbə təhsil alır.

525.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tshakna ilə brifinqdə deyib.

Nazir deyib ki, görüş zamanı iki ölkənin beynəlxalq təşkilatlardakı münasibətləri də müzakirə edilib:

"Estoniya Avropa İttifaqının çox önəmli və fəal üzvüdür. Görüşümz zamaanı Avropa İttifaqı-Azərbaycan münasibətləri də müzakirə edildi".

C.Bayramov ikitərəfli əlaqələrin digər istiqamətlərinə toxunaraq Azərbaycandan Estoniyada 200 tələbənin təhsil aldığını, həmçinin ötən il bu ölkədən Azərbaycana 2000-ə yaxın turistin gəldiyini bildirib:

"Həmçinin təhsil müəssisələri arasında akademik mübadilə proqramları və akademik əlaqələr mövcuddur. Bunlar bizim tərəfdən müsbət qarşılanır, bu fəaliyyətə hər iki tərəfdən dəstək verilir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью