Azərbaycandan gedən qatar Ermənistan ərazisinə daxil olub

19.12.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda 1300 ton Azərbaycan A95 benzinini daşıyan 22 vaqon Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana daxil olaraq Ermənistan-Gürcüstan sərhədindən keçir.

Reyting.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bu barədə “Facebook” səhifəsində yazıb.

Papoyan qeyd edib ki, bu, təkcə iki ölkə arasında sülhün bərqərar olmasından deyil, həm də müstəqillik qazanmalarından bəri Ermənistan və Azərbaycan arasında ilk ticarət-iqtisadi əməliyyatdır.

ELÇİN


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью