Azərbaycandan gətirilən buğdanı yoxladıq Petrosyan təəccübləndi

14.11.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycandan Ermənistana gətirilən Qazaxıstan buğdası istifadəyə yararlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Tiqran Petrosyan deyib.

Ermənistan dövlətinin taxıl alışını fəal şəkildə təşviq etdiyini xatırladan Petrosyan bildirib ki, rəsmilər alışdan yox, marşrutdan danışırlar.

“Eyni taxıl Ermənistana Yuxarı Lars vasitəsilə hər gün 30-40, hətta 100 yük maşını ilə gətirilir”, – o bildirib.

Petrosyan deyib ki, bu taxılın laboratoriya testlərinin nəticələri cümə axşamı açıqlanıb.

“İlkin laboratoriya nəticələri taxılın hətta dördüncü deyil, üçüncü sort olduğunu göstərir. Biz hər şeyi yoxlamaq üçün sorğular aldıq – radiasiya, toksiklik. Hər şey qaydasındadır”, – Petrosyan xüsusilə vurğulayıb. 

Safura Bənnayeva
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью