Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfə azalıb

20.06.2025

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci rübündə Gürcüstana 7 milyon 2 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 milyon 643 min dollar və ya 2,1 dəfə azdır. 2024-cü ilin yanvar-mart aylarında bu məbləğ 14 milyon 645 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci rübdə Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 6,2% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью