Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb, əks istiqamətdə artıb

16.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin oktyabr ayında Azərbaycandan Gürcüstana göndərilən pul köçürmələrinin məbləği 2,79 milyon ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

İllik müqayisədə pul köçürmələrinin həcmi 21,78% azalıb.

Ötən ayda Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 0,97%-ə bərabər olub.

Gürcüstandan Azərbaycana isə 7,30 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib, bu da ötən ilin eyni göstəricisini 5,04% üstələyir.

Hesabat ayında Gürcüstana xaricdən daxil olan pul köçürmələrinin həcmi 288,56 milyon ABŞ dolları, Gürcüstandan xaricə göndərilən pul köçürmələrinin həcmi isə 37,3 milyon ABŞ dolları təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью