Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artdı

15.01.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Ötən il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 219 356 nəfər təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının illik hesabatından məlum olub.

İllik müqayisədə ziyarətçilərin sayı 9,7% artıb.

2024-cü ildə Gürcüstan ümumilikdə 7 368 149 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da 2023-cü illə müqayisədə 4,2% çoxdur. Qonşu ölkəyə 5 091 732 nəfər (+9%) olmaqla rekord sayda turist səfər edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью